“Biz Ermənistanla yanaşı, onun havadarlarını da məğlub etmişik”
“Biz antiterror tədbirləri və BMT-dəki diplomatik qələbəmizlə sadəcə Ermənistanı deyil, onun havadarlarını da məğlub etmişik”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili qeyd edib ki, baş verən hərbi-siyasi proseslər Azərbaycanın bir dövlət kimi böyük gücündən və qüdrətindən xəbər verir:
“İstər 19-20 sentyabr tarixlərini əhatə edən antiterror tədbirləri, istərsə də BMT Təhlükəsizlik Şurasıdna keçirilən Qarabağ iclası və onun məlum nəticələrini ölkəmnizin hərbi-siyasi qüdrətindən, mübarizə əzmindən xəbər verir. Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan separatçılara həm döyüş meydanında, həm də diplomatik mübarizə meydanında qalib gəldi. Bununla da dövlətimiz sübut etdi ki, o, bütün sahə və platformalarda öz maraqlarını qətiyyətlə təmin etməyə qadirdir.
Hesab edirəm ki, Ermənistanla yanaşı, onun havadarları da baş verənlərdən dərs çıxarmalı, Azərbaycana qarşı yalan-böhtan kampaniyasına, təxribatlara son qoymalıdır. Əks təqdirdə, Azərbaycana qarşı atdıqları hər bir xain addım bundan sonra da onların özlərinin ifşası və məğlubiyyəti ilə nəticələnəcək”.