"Azərbaycan Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsini gözləyir" - Elçin Əmirbəyov

“Rəsmi Bakı Ermənistan tərəfinin tərk-silah edilməsi və qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı öhdəliklərini tam yerinə yetirəcəyini gözləyir”.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində deyib.

 

O bildirib ki, sentyabrın 22-dən etibarən Laçın və Ağdam ərazisindən keçən mövcud marşrutlar üzrə ərzaq, dərman və digər zəruri malların maneəsiz çatdırılması üçün bütün lazımi şərait yaradılıb: "Azərbaycan hökumətinin Xankəndiyə göndərdiyi 50 ton ərzaq və dərman daşıyan 4 yük maşını Rusiya sülhməramlılarının bölgəyə gətirdiyi 50 tona əlavədir. Hazırda yerli əhali ehtiyac duyduqları hər şeylə təmin olunub. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də fəal iş davam edir”.

 

E.Əmirbəyovun sözlərinə görə, həm Ağdam, həm də Laçın yolu açıqdır: “Bu, Azərbaycanla Ermənistan arasında əldə olunan əsas razılaşmadır. İndi biz oradakı dinc əhalidə inam yaratmalıyıq ki, onlar lazım olan hər şeylə təmin olunacaqlar. Azərbaycan hökuməti lazım olan hər şeyi, o cümlədən elektrik enerjisini, ərzağı, istiliyi, dərmanı təmin etməyə hazırdır”.

 

Prezidentin nümayəndəsi Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri arasında Yevlaxda keçirilən görüşə də münasibət bildirib: “Biz dinc yolla reinteqrasiya, həmçinin ermənilərin hüquqlarını təmin etməyə hazır olmağımızla bağlı mövqeyimizi qarşı tərəfə izah etmək üçün hər şeyi etdik”.(report)


OXŞAR XƏBƏRLƏR

Prezident və xanımı Şuşada...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mə...

“Teleqram”da YENİLİK - İstifadəçilər bunu eyni zamanda edə biləcəklər

“Telegram” ikinci böyük yeniləməsini təqdim edib.   Sfera.az xəbər verir ki, bu dəfə platforma həm texniki funksionallığı, həm də is...

Prezident və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışını etdilər

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. ...

İlham Əliyev və xanımı Daşaltı məscidinin açılışında iştirak etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Bu barədə Sf...