XİN rəhbəri BMT rəsmisi ilə Qarabağdakı son durumu müzakirə etdi - FOTO

XİN rəhbəri BMT rəsmisi ilə Qarabağdakı son durumu müzakirə etdi - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə əlaqələndiricisi, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) rəhbəri Martin Griffits ilə görüşüb.

 

Bu barədə Sfera.az-a XİN-dən məlumat verilib.

 

Qeyd olunub ki, görüşdə BMT ilə mövcud əməkdaşlıq gündəliyinin inkişaf perspektivləri, o cümlədən humanitar yardım və inkişafa yardım sahələrində tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın donor ölkə kimi rolu xüsusi təqdir olunub.

 

“Ceyhun Bayramov BMT sisteminə dəstəyin ölkəmizin humanitar və inkişafa yardım siyasətinin əsasını təşkil etdiyini, Azərbaycanın müxtəlif təşəbbüslər üzrə BMT təsisatları ilə sıx dialoq və fəal əməkdaşlıq apardığını vurğulayıb. 

 

Görüşdə, Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalından, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimin davamlı təxribatlarından, habelə qanunsuz mövcudluğundan irəli gələn humanitar məsələlər müzakirə olunub.

 

İlk növbədə, ölkəmizə qarşı səsləndirilən “blokada” və “bölgədə gərgin humanitar böhran” kimi iddiaların heç bir əsasının olmadığı, Ermənistanın qəsdən qondarma humanitar böhran yaratmaq məqsədi daşıdığı, bu addımın əslində siyasi manipulyasiya olduğu bildirilib.

 

Lokal xarakterli antiterrorizm tədbirlərinə gəldikdə, görülən tədbirlərin hədəfinin müstəsna olaraq qanunsuz hərbi birləşmələrin və hərbi infrastrukturun olduğu, mülki əhali və obyektlərin vurulması ilə bağlı iddiaların əsassız və qəbuledilməz olduğu bildirilib”, - məlumatda deyilir.

 

Həmçinin qeyd olunur ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təşəbbüslər çərçivəsində 21 sentyabr tarixində təşkil olunmuş Yevlax görüşünün konstruktiv və müsbət mühitdə keçdiyi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələrin aparıldığı, qarşı tərəfə reinteqrasiya üzrə planların təqdim edildiyi, həmçinin Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrinin sosial və humanitar yardımın göstərilməsi ilə bağlı müraciətlərinin müsbət qarşılanaraq hal-hazırda erməni sakinlərə yardım göstərildiyi diqqətə çatdırılıb.

 

Görüş zamanı Azərbaycanın Qarabağ bölgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyət göstərdiyi və Azərbaycanın onun fəaliyyətinə dəstəyi vurğulanıb. Son günlərdə BQXK vasitəsilə də erməni sakinlərə yardımın daha da genişləndiyi bildirilib.

 


OXŞAR XƏBƏRLƏR

Rafael Ağayev əməliyyat olundu - FOTO

Karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev əməliyyat keçirib.   Sfera.az xəbər verir ki, bu barədə idmançı özü paylaşım edib.   ...

Sakinlərə XƏBƏRDARLIQ: Bu saatlarda liftdən istifadə etməyin

Mayın 9-da səhər saat 09:00-dan günorta 13:00-a qədər Moskva sakinlərinə liftlərdən istifadə etməmələri bildirilib.   Sfera.az xəbər verir ki, b...

İlham Əliyev "Xocalı" yarımstansiyasının açılışında iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzin...

Yeni Papa ilk xütbəni verdi: “İncili təbliğ edin"

Vatikanın Müqəddəs Pyotr Bazilikasında keçirilən mərasimdə Katolik Kilsəsinin yeni rəhbəri Papa XIV Leo ilk xütbəsini verib. Ənənəvi ayinlər çərçivəsində keçiri...

Nazan Öncəl xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış müğənnisi Nazan Öncəl xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesabında mə...

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...