Paşinyana qarşı aksiyalar niyə effektli olmur? – Deputat səbəblərdən DANIŞDI

Paşinyana qarşı aksiyalar niyə effektli olmur? – Deputat səbəblərdən DANIŞDI

Bir neçə gündür, İrəvanda hökumətə qarşı etiraz aksiyaları keçirilir. Qarabağda olan vəziyyətlə əlaqədar hökumət günahlandırılır. Etiraz aksiyaları zamanı xəsarət alanlar və saxlanılan ictimai fəallar, siyasətçilər var.

 

Maraqlıdır, etirazlar hansı şəkildə sonlana bilər? Etirazların hökumət nümayəndələrinin sülh danışıqları ilə bağlı yanaşmasına təsiri gözləniləndir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Vüqar İskəndərov İrəvanda xalqın ikiyə bölündüyünü deyib. Millət vəkili Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdə saxlanılmasında kənar qüvvələrin rolunun olduğunu da bildirib:

 

“Vətən müharibəsindəki qələbəmiz və Qarabağdakı sürətli antiterror tədbirlərimizin uğurla başa çatması, böyük zəfərin qazanılması, təbii ki, Ermənistanda revanşist qüvvələri, yalançı tarixlə özündən razı bir psixologiya ilə formalaşmış kütləni həmişə ayağa qaldırıb. Onlar uzunmüddətli mitinqlərlə İrəvan küçələrində və digər şəhərlərdə yürüşlər keçiriblər, Paşinyan və komandasını istefaya çağırıblar. Reallıq isə ondan ibarət olub ki, bu, əhalinin mütləq əksəriyyətini əhatə etməyib. Ona görə də Paşinyana olan bu etirazlar fiaskoya uğrayıb. Əsas məsələ budur ki, Paşinyan Qarabağda doğulmayıb və insanlar əslən Qarabağdan olan Ermənistan rəhbərlərinin 30 illik qaniçən siyasətini, korrupsiyaya bulaşmasını, ölkənin bütün var-yoxunu talanmasının şahidi olublar və onlar hər dəfə görüblər ki, bu siyasət yalnız Ermənistanı uçuruma aparır. Paşinyanın isə həmin bölgədən olmaması, keçmişin hər hansı çirkaba bulaşmaması, onun erməni toplumunda nüfuzunu qoruyub saxlanmasına gətirib çıxarıb. Məğlub olmuş, kapitulyasiyaya imza atmış bir rəhbəri yenidən hakimiyyətdə saxlamaq, əslində Paşinyana olan sevgi yox, onun rəqiblərinə olan nifrətdən doğub. Bu gün də proses davam edir və ümumi etirazlara baxsaq, yenə də erməni toplumunun mütləq əksəriyyətinin orada təmsil olunmadığını görürük. Təbii ki, burada başqa qüvvələr də var. Paşinyana müqavimət göstərən qüvvələrin arxasında digər ölkələr var, amma onu dəstəkləyən qüvvə və dövlətlər də var. Ona görə də hazırda Ermənistanda iki hissəyə bölünmüş kütlə mövcuddur”.

 

Deputat etiraz aksiyalarına duruş gətirdiyi halda, Paşinyanın yekun qərar verməli olacağını qeyd edib:

 

“Niyə xalqın bütün əksəriyyəti meydanlara çıxmır, istefa tələb etmir? Çünki onu tələb edən revanşist qüvvələrin, keçmiş ölkə rəhbərliyində təmsil olunan insanların normal bir proqramı da mövcud deyil. Onlar yalnız Azərbaycana, Türkiyəyə və dünyaya nifrətlərini bildirməklə heç bir yeni ideya və məqsəd ortaya qoymadan mübarizə aparırlar. Erməni əhalisi isə onlara inanmır, güvənmir. Paşinyan bu günlərdə müqavimətini qoruyub saxlaya bilsə, yenə də hakimiyyətdə duruş gətirə biləcək. Azərbaycan öz legitim hüquqlarını suveren ərazisi olan Qarabağ və ətraf rayonlarda da bərpa etdisə, artıq Paşinyan bu yükdən də azad olunmuş kimi görünür və düşünürük ki, sülh müqaviləsinin imzalanması üçün hadisələr ona əlavə hərəkət etmək üçün güc vermiş olur. Belə nəticəyə gəlmək olar ki, proseslərin bu şəkildə davamı yenə Paşinyanın hakimiyyətdə qalmasına gətirəcək. Əgər o, rasional düşünəcəksə, artıq sülh müqaviləsinin imzalanması üçün konkret addımlar atmağa vadar olacaq. Azərbaycan tərəfinin də istəyi budur. Artıq Azərbaycan tərəfi düşünür ki, bölgədə dayanıqlı sülh yaranmalı və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, sərhədlər tanınmalı və münasibətlər normallaşmaya getməlidir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayı...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.   Sfera.az-ın xə...

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...