“Müzakirələrə nöqtə qoyuldu” – Politoloqdan BMT dinləmələri ilə bağlı AÇIQLAMA

“Müzakirələrə nöqtə qoyuldu” – Politoloqdan BMT dinləmələri ilə bağlı AÇIQLAMA

“BMT-dəki son dinləmələrdən sonra Qarabağdakı ermənilərin Azəbaycana reinteqrasiyasına mane olacaq beynəlxalq amil qalmadı”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Natiq Miri bildirib. Ekspert ötən gün BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı keçirilmiş dinləmələrin müsbət nəticə verəcəyini qeyd edib:

 

“Antiterror əməliyyatında beynəlxalq humanitar hüquqa zidd hansısa hal baş vermədi. Yəni mülki şəxslərin atəşə tutulması, insan hüquqlarının tapdanması kimi hallar yaşanmadığı üçün Azərbaycan əleyhinə hansısa qətanmə qəbul edilə bilməz. Ötən gün Ermənistanın Baş naziri Qarabağdakı ermənilərin dediklərini, xüsusilə Ermənistanda olan revanşist qüvvələrin ittihamlarını təkzib etdi. O bildirdi ki, Qarabağada mülki şəxslər zərər görməyib. Bu arqument də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun əlində ən kəskin sübut oldu. Bununla da müzakirələrə nöqtə qoyulub. Ayrıca olaraq, müzakirələrdən razı qalmayan Ermənistan XİN rəhbəri Ararat Mirzoyan dünya dövlətlərinin mövqeyinə əsəbiləşərək zalı tərk etdi”.

 

Politoloq son müzakirələrin Ermənistan üçün məğlubiyyət olduğunu diqqətə çatdırıb:

 

“Azərbaycan növbəti dəfə öz gücün göstərdi və əleyhinə hansısa qərar qəbul edilmədi. Bu, siyasi nöqteyi- nəzərdən Ermənistan üçün böyük məğlubiyyətdir. Eyni zamanda artıq aydın oldu ki, Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasına mane ola biləcək beynəlxalq amil yoxdur.  Bundan sonra proseslər Azərbaycanın istədiyi kimi davam edəcək”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Neandertallar 270 min il əvvəl atəşi mənimsəmiş ola bilərlər - Alimlərdən yeni TƏDQİQAT

Fransanın cənub-şərqindəki "Aurinyak 3" mağarasında Avropada qədim insanların oddan idarə olunan istifadəsinə dair ilkin birbaşa sübutlar tapılıb. &n...

Nazir: "Son qərar sabah və ya yaxın günlərdə veriləcək"

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “AZAL”a məxsus “Embraer” təyyarəsinin qara qutuları aşkarlanıb.   Sfera...

11 gün yuxusuz: Adi məktəb təcrübəsi bir yeniyetmənin həyatını necə dəyişdi

1964-cü ildə Kaliforniya ştatının San Dieqo şəhərindən (ABŞ) 17 yaşlı Rendi Qardner ən uzun oyaqlıq müddətinə - 264 saat 25 dəqiqəyə görə dünya rekordu qırıb. K...

Təyyarə qəzasında sağ qalanların YENİ SİYAHISI

İctimai fəal Haldun Novruzzadə Qazaxıatanın Aktau şəhərində baş verən təyyarə qəzası zamanı sağ qalanların yeni siyahısını paylaşıb.   Sfer...

Azərbaycan futzalında AĞIR İTKİ

Azərbaycan futzalında ağır itki baş verib.   Sfera.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.   Belə ki, vet...

Rusiya gəmisi İspaniya sahillərində batıb: Qiymətli yük və ekipajın bir hissəsi itkin düşüb

Vladivostoka nüvə buzqıran gəmisi üçün lyuklar daşıyan Rusiyanın “Ursa Major” yük gəmisi İspaniya sahillərində batıb. Bu barədə “X” sosi...