Ceyhun Bayramov fotolarla sübut etdi - FOTO

Ceyhun Bayramov fotolarla sübut etdi - FOTO
Kateqoriya məlum deyil
T

“Bu Ermənistanın ağır hərbi vasitələrinin şəkilləridir. Tamamilə aydındır ki, bu hücum texnikası Azərbaycan ərazisində sülhpərvər məqsədlər üçün yerləşdirilməyib”.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında bildirib.

 

“Heç bir suverən dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz”, - deyə Bayramov vurğulayıb.

 

Azərbaycan XİN başçısı, həmçinin 19 sentyabrda mina partlayışı nəticəsində ölən mülki vətəndaşlar barədə də BMT-ni məlumatlandırıb.

 

“Mina partlayışlarının baş verdiyi ərazi əvvəllər də Azərbaycanın müntəzəm istifadəsində olub, heç bir şübhə yoxdur ki, bu minalar yaxın zamanda əraziyə sızan erməni diversiya qrupu tərəfindən yerləşdirilib”.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR