“Bakı və İrəvan sülh müqaviləsi imzalaya bilər” - Peskov
Siyasət
16:46 / 21.09.2023
8094
Kremlin sözçüsü Dmitri Peskov Azərbaycan və Ermənistanın sülh imzalaya biləcəyini deyib.
Sfera.az bildirir ki, o, bu barədə Rusiya Federasiyası Dövlət Şurasının Rəyasət Heyətinin iclası ərəfəsində jurnalistlərə açıqlama verib. Belə ki, Peskov Qarabağın mülkiyyəti ilə bağlı əsas məsələnin həll olunduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında gələcək sülh müqaviləsi üçün ilkin şərtlər var.
“Sülh müqaviləsi istiqamətində mühüm irəliləyiş təmin edildi”, deyə o bildirib.
Kremlin sözçüsü əlavə edib ki, Bakı və İrəvan nəhayət, sülh müqaviləsi imzalaya bilər.
Türkan