Azərbaycanda “boz zona” birdəfəlik ləğv edildi

Azərbaycanda “boz zona” birdəfəlik ləğv edildi

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ ərazisində antiterror tədbirləri beynəlxalq və yerli qanunlara uyğun şəkildə və yüksək peşəkarlıqla həyata keçirildi. Cəmi 24 saat ərzində cinayətkar terror qruplaşmasının arsenalında olan müxtəlif yönümlü hərbi texnika, silah-sursat anbarları, maşın və avadanlıqlar, mühəndis-istehkam qurğuları sərrast atəşlərlə məhv edildi.

 

Tədbirlərə başlamazdan əvvəl ərazidə yaşayan erməni əsilli mülki əhalinin öz dillərində həm elektron üsullarla, həm də səsgücləndiricilər vasitəsilə məlumatlandırılması, onların zərər çəkməməsi üçün təhlükəsizlik sığınacaqlarının yaradılması, həmin sığınacaqlarda mülki əhalinin zəruri qida məhsulları və tibbi yardımla təmin olunması üçün önləyici addımların atılması Azərbaycan tərəfindən savaş qanunlarına ciddi əməl olunduğunu göstərir. Görülən tədbirlərin nəticəsi olaraq silahlı terror qruplaşmasına qarşı keçirilən antiterror tədbirlərində mülki əhaliyə heç bir zərər dəymədi.

 

Bəzi erməni siyasətçilərin və millətçi blogerlərin yaydığı saxta məlumatlara rəğmən Azərbaycan Ordusunun müstəsna olaraq hərbi hədəfləri nişan alması tədbirlər zamanı lentə alınan video-görüntülərlə də təsdiq olunur. Qarabağ ərazisində özünə yuva salmış qeyri-qanuni hərbi birləşmələrin ağ bayraq qaldırmaqla təslim olması Cənubi Qafqazda son 30 il ərzində qanuni hakimiyyət tərəfindən nəzarət olunmayan “boz zona”nın birdəfəlik ləğv olunması ilə nəticələndi.

 

Bu tarixi bir hadisədir. Bu hadisənin baş verməsi ilə bütövlükdə Cənubi Qafqaz bölgəsinə yönəlmiş beynəlxalq miqyaslı təzyiqlər, bəzi güc mərkəzləri tərəfindən bölgəyə qeyri-qanuni müdaxilə cəhdləri də minimuma endirildi. Azərbaycan dövlətinin apardığı praqmatik, ardıcıl və qətiyyətli siyasət bölgəmizdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün zəruri şəraitin yaranmasına gətirib çıxardı. Bu isə bütövlükdə Avropada sülhün və təhlükəsizliyin bərqərar olunmasına Azərbaycanın verdiyi əvəzsiz bir töhfədir. Dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların bu böyük töhfəni layiqincə qiymətləndirəcəyinə ümid edirik.

 

Cavanşir Feyziyev,

Millət vəkili


OXŞAR XƏBƏRLƏR

Rafael Ağayev əməliyyat olundu - FOTO

Karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev əməliyyat keçirib.   Sfera.az xəbər verir ki, bu barədə idmançı özü paylaşım edib.   ...

Sakinlərə XƏBƏRDARLIQ: Bu saatlarda liftdən istifadə etməyin

Mayın 9-da səhər saat 09:00-dan günorta 13:00-a qədər Moskva sakinlərinə liftlərdən istifadə etməmələri bildirilib.   Sfera.az xəbər verir ki, b...

İlham Əliyev "Xocalı" yarımstansiyasının açılışında iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzin...

Yeni Papa ilk xütbəni verdi: “İncili təbliğ edin"

Vatikanın Müqəddəs Pyotr Bazilikasında keçirilən mərasimdə Katolik Kilsəsinin yeni rəhbəri Papa XIV Leo ilk xütbəsini verib. Ənənəvi ayinlər çərçivəsində keçiri...

Nazan Öncəl xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış müğənnisi Nazan Öncəl xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesabında mə...

DTX-da Ulu Öndər Heydər Əliyevin 102 illiyi qeyd olunub - FOTOLAR

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti...