"Son proseslər Ermənistanın sanki Suriyaya bənzədiyini deməyə əsas verir"

"Son proseslər Ermənistanın sanki Suriyaya bənzədiyini deməyə əsas verir"
Kateqoriya məlum deyil
T

Son dövrlər baş verən proseslər Ermənistanın sanki Suriyaya bənzədiyini deməyə əsas verir.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

O bildirib ki, Ermənistan bir çox hallarda özünün günahkar olduğu regional məsələlərin həllini regionda görmür:

 

"Regionumuz üçün onun davranışları faydalı deyil. Təəssüflər olsun ki, tərəflər də vardır ki, onlar özlərinin malik olduqları problemləri regionumuza ixrac etmək istəyirlər. Cənubi Qafqaz regionunun bu məsələlərə ehtiyacı yoxdur. Azərbaycan 3+3 platformasının tərəfdarı və təşəbbüskarıdır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR