Erməni silahlılarına məxsus kvadrokopter ələ keçirildi - RƏSMİ
Kateqoriya məlum deyil
T
Sentyabrın 20-si saat 10:00 radələrində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.







