Ombudsman beynəlxalq ictimaiyyəti ermənilərin törətdiyi terror aktını pisləməyə çağırıb

Ombudsman beynəlxalq ictimaiyyəti ermənilərin törətdiyi terror aktını pisləməyə çağırıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın növbəti mina terrorunu pisləyib.

 

Sfera.az-ın məlumatına görə, S.Əliyeva bildirib ki, Ermənistan tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir.

 

Qeyd olunub ki, sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlamışdır. Həmçinin terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamışdır. Baş vermiş partlayışlar nəticəsində iki mülki şəxs və Nazirliyin dörd əməkdaşı həlak olub.

 

Ombudsman vurğulayıb ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən mina terroru azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan mülki şəxslərin həyat və sağlamlıqlarına təsir etməklə yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır.

 

Bildirilib ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməkdən imtina etməsi bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha sübut edir.

 

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) mülki şəxslərin həyatını itirməsinə səbəb olan, regionda sülh quruculuğu prosesinə xələl gətirən bu təxribatı şiddətlə pisləyir, beynəlxalq ictimaiyyəti dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərməyə və bu ölkənin törətdiyi mina terroruna reaksiya verməyə çağırıb.


OXŞAR XƏBƏRLƏR

Yevlaxda qəza: Minik avtomobili yük maşınına çırpıldı

Yevlaxda minik avtomobili yük maşınına çırpılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə az öncə Qazax-Bakı magistralının rayonun...

Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb... -VİDEO

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib. Şəhər sakini atı maşının arxasına bağlayaraq avtomobil yoluna çıxıb.   Sfera.az xəbər ve...

“Qarabağ” dünya reytinqində 10 pillə irəlilədi

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.   Sfer...

Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı keçirilib.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.  ...

Bu ölkədə 6.2 bal gücündə zəlzələ baş verdi

İndoneziyanın Aceh əyaləti yaxınlığında 45 kilometr dərinlikdə 6,2 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə İndoneziy...

DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb

May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində,&nb...