“Azərbaycan “Talibanla” siyasi əlaqələr qura bilməz” - Açıqlama

“Azərbaycan “Talibanla” siyasi əlaqələr qura bilməz” - Açıqlama

“Azərbaycan ərazi bütövlüyünü təmin edir və “Taliban” Azərbaycanın bu yanaşmasını dəstəkləyir”.

 

Bunu “Taliban” rejiminin sözçüsü Zəbiullah Mücahid deyib. O, Kabildə Azərbaycan, Bakıda isə öz səfirliklərini açmağa hazır olduqlarını bildirib.

 

Maraqlıdır, “Taliban”ın ölkəmizdə səfirliyi açıla bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, “Taliban”dan əvvəl Azərbaycanla Əfqanıstan arasında siyasi -iqtisadi əlaqələr yüksələn xətt üzrə davam edirdi:

 

“Lakin “Taliban”ın hərbi çevrilişindən sonra mövcud əlaqələr kəsildi. Fikrimcə,  Azərbaycanın “Taliban” Əfqanıstanı ilə siyasi əlaqələri qurması rejimin BMT və digər ölkələr tərəfindən tanından sonra baş tuta bilər. Hazırda bunun üçün siyasi-iqtisadi perspektiv yoxdur. Beynəlxalq müstəvidə “Taliban”ın hakimiyyətinin legitimliyi qəbul edilməyib. Azərbaycanın legitim olmayan sistemin nəzarətində olan ölkə ilə siyasi əlaqələr qurması xarici siyasətimizə mənfi təsir edər”.

 

Ekspert deyib ki, “Taliban” rəsmisinin son açıqlaması onların beynəlxalq müstəvidə legitimliyinin qəbul edilməsinə hesablanıb: “Bu, “Taliban”ın maraqlarına uyğun olsa da, Azərbaycan sözügedən təkliflə razılaşa bilməz”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR