KİV: İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub

KİV: İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub
Kateqoriya məlum deyil
T

İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.

 

Sfera.az xəbər verir ki, bu barədə “ Agence France-Presse” (AFP) xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, ABŞ və İran arasında baş tutan mübadilə çərçivəsində azad edilmiş 5 amerikalı məhbusu daşıyan Qətərə məxsus təyyarə Tehran hava limanından havaya qalxıb və Dohaya yola düşüb.

 

Mübadilə zamanı ABŞ-da azadlığa buraxılan beş iranlı məhbusdan ikisi Mehrdad Moeen Ansari və Reza Sarhangpur Qətərin paytaxtı Dohaya gediblər.

 

Həmin şəxslərlə yanaşı, ABŞ-da həbsdə olan daha üç iranlı məhbus da azadlığa buraxılıb.(apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR