Sosial şəbəkələrdə anonsu verilən müharibə realdır? – Tanınmış hərbi ekspertdən AÇIQLAMA

Sosial şəbəkələrdə anonsu verilən müharibə realdır? – Tanınmış hərbi ekspertdən AÇIQLAMA

Son vaxtlar sosial şəbəkələrdə, eləcə də mediada yaxın günlərdə müharibənin başlayacağı ilə bağlı informasiyalar tirajlanır. Bu isə cəmiyyətdə ajiotaj yaradır.

 

Maraqlıdır, rəsmi açıqlama olmadan irəli sürülən bu kimi proqnozlar nəyə hesablanıb? Ümumiyyətlə, Ermənistanla yeni bir müharibə nə dərəcədə realdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Ermənistan ordusunun silahlanması fonunda mümkün müharibə ehtimalı haqqında danışıb:

 

“Hazırda Ermənistanla sülh müqaviləsi olmadığından atəşkəs rejimindəyik. Buna baxmayaraq, son zamanlar hər gün atəşkəsin pozulmasına, hansısa təxribatlara cəhdlərin edilməsinə və ümumiyyətlə, vəziyyətin gərginliyə doğru getməsinə şahidlik edirik. Ancaq hazırda gedən proseslər proqnozların əksinə olaraq, müharibədən xəbər vermir. Düzdür, belə bir deyim var: sülh istəyirsən, müharibəyə hazır ol. Bu baxımdan biz müharibəyə həmişə hazırıq. Lakin insanların əsəbləri ilə oynamaq və cəmiyyəti gərgin vəziyyətdə saxlamağa ehtiyac yoxdur.

 

Birincisi, mən deyərdim ki, Azərbaycan əsas məsələni həll edib, yəni işğalçı qüvvələri darmadağın edib və ərazi bütövlüyü bərpa olunub. İkincisi, Azərbaycan ordusu gündən-günə güclənir və bu gün Azərbaycan ordusu ikinci Qarabağ savaşından öncə olan ordudan güclüdür. Çünki Azərbaycanda aparılan islahatlar və Azərbaycanın Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublika Prezidenti İlham Əliyevin səyi nəticəsində Azərbaycan Ordusu ən müasir texnika ilə təmin olunur.

 

Cənab prezidentin Laçında dediyi kimi, Azərbaycan ordusu nə lazımdırsa onu alır və alacaq. Ona görə də beynəlxalq statistik qurumların verdiyi qiymətə görə, ordumuz 56 ən güclü ordu sırasındadır.  Ermənistan hazırda silahlanmaya müəyyən cəhdlər etsə də, yenə də Azərbaycanla müqayisədə zəif olaraq qalır. Hazırda Ermənistanın heç bir şansı, imkanı yoxdur ki, Azərbaycan ərazisini işğal edə bilsin və yaxud hansısa irimiqyaslı təxribata gedə bilsin. Ona görə ki, adekvat cavablarla Azərbaycan ordusu bütün bu təxribatların qarşısını ala bilir və düşməni itkiyə məruz qoyur”.

 

Ekspert Azərbaycanın aktiv hərbi əməliyyatlara bir halda keçə biləcəyini deyib. Ş.Ramaldanovun sözlərinə görə, həmin mümkün əməliyyatlar uzun çəkməyəcək:

 

“Ümumiyyətlə, böyük müharibə üçün bu regionda hələ ki, şərait yoxdur. Amma Üçtərəfli Bəyannamənin dördüncü bəndi dinc yolla yerinə yetirilməsə, Azərbaycan ordusu təbii ki, yeni aktiv əməliyyatlara keçib, antiterror əməliyyatı aparacaq. Beləliklə, ordu Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının olduğu ərazini qanunsuz silahlardan, terrorçulardan azad edərək orada olan erməni sakinlərini girovdan azad edəcək. Ondan sonra Rusiya sülhməramlı qüvvələri müşahidə qismində reinteqrasiya prosesində iştirak edə, yəni öz vəzifələrini yerinə yetirmək üçün davam edə bilərlər. Bu, müharibə demək deyil, bu, lokal bir döyüşdür. Azərbaycan ordusu bütün əraziləri, o cümlədən terrorçuların mövqeləri yerləşən ərazilərini mühasirə altında saxlayır.

 

Digər tərəfdən, bu gün Ermənistanın nə iqtisadi, nə digər imkanları var ki, hansısa irimiqyaslı əməliyyatlar aparsın. Ermənistan üç il öncə məğlub olmuş bir ölkədir. Ermənistan hələ də psixoloji məğlubiyyət sindromundan qurtarmayıb. Rəsmi İrəvanda hamı, yəni bütün hərbçilər və cəmiyyət də  bilir ki, hər hansı bir təxribat Ermənistana baha başa gələcək.

 

Sosial şəbəkələrdə cürbəcür proqnozlar verilir və bu proqnozları çox vaxt ümumiyyətlə hərbidən başı çıxmayan, təhlil apara bilməyən, təhlil üçün yetərli qədər təcrübəsi, hərbi savadı olmayan insanlar verir. Digər tərəfdən, ermənilər bizim cəmiyyəti gərginlikdə saxlamaq məqsədilə sosial şəbəkələrdə aktivlik göstərirlər. Onlar sosial şəbəkələrdən Azərbaycanlı ad-soyadlarla qeydiyyatdan keçərək müxtəlif şayiələr və feyk məlumatlar yayırlar. Bununla bağlı dəfələrlə xəbərdarlıqlar olub. Ancaq mənə elə gəlir ki, ən böyük xəbərdarlıq, yaxud belə demək olarsa, məhdudiyyət bizim daxilimizdə olmalıdır. Cəmiyyəti narahat vəziyyətdə qoymamalıyıq, bizim cəmiyyət, bizim xalqımız qorxaq deyil və xalqımız lazım olarsa, Ali Baş Komandanın ətrafında sıx birləşərək yenə də dəmir yumruq kimi möhkəm ola bilər. Bunu öz hərəkətimiz və öz birliyimizlə göstərmişik”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Bakıya gətirilən yaralıların vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan sərnişinlər ötən gün Bakıya gətirilib və &ldqu...

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...