Logo

İlon Mask Ərdoğanla görüşə oğlu ilə gəldi - VİDEO

İlon Mask Ərdoğanla görüşə oğlu ilə gəldi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı milyarder İlon Maskla görüşüb.

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, görüş Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə baş tutub.

Məlumata görə, görüş zamanı Ərdoğan İlon Maska “Tesla” şirkətinin 7-ci zavodunu Türkiyədə yaratması üçün çağırış edib.

Bununla yanaşı, Türkiyə lideri Maskı İzmir şəhərində keçiriləcək “Teknofest”ə də dəvət edib.

Görüş mətbuata qapalı keçirilib.

Milyarder Ərdoğanla görüşə oğlu ilə birlikdə gəlib. Türkiyə Prezidenti Maskın oğluna futbol topu hədiyyə edib.

İlon Mask Ərdoğanla görüşə oğlu ilə gəldi - VİDEO
İlon Mask Ərdoğanla görüşə oğlu ilə gəldi - VİDEO
İlon Mask Ərdoğanla görüşə oğlu ilə gəldi - VİDEO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR