Türkiyə Ordusu 6 terrorçunu zərərsizləşdirdi
Kateqoriya məlum deyil
Türkiyə Ordusu İraqın şimalında əməliyyat keçirib, 6 terrorçu zərərsizləşdirilib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalında Hakurk və Pəncə-Kilid əməliyyatı bölgələrində aşkarlanan 6 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.






