Ərdoğan dördtərəfli görüş keçirməyi təklif edib

Ərdoğan dördtərəfli görüş keçirməyi təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Azərbaycan və Ermənistana liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklif edib.

 

Sfera.az bildirir ki, o, bu barədə İstanbulda keçirdiyi mətbuat konfransında danışıb. Ölkə baçısı müzakirə obyektinin Qarabağ məsələsi olduğunu vurğulayıb.

 

“Bəli, prioritetlərimiz əvvəllər nəzərdə tutulduğu kimi, üçtərəfli formatda danışıqlar aparmaqdır. Amma biz dördtərəfli formatda görüş də təklif etdik - yəni mən,  Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında. Dedim, gəlin görüşək, atılması lazım olan addımları birlikdə müzakirə edək”.

 

Ərdoğan həmçinin qeyd edib ki, hazırda sözügedən təklifə müsbət və ya mənfi, heç bir cavab alınmayıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...