Türkiyədə daha 20 FETÖ üzvü HƏBS OLUNDU
Kateqoriya məlum deyil
Türkiyənin Ədirnə şəhərindən Yunanıstana qanunsuz yolla keçmək istəyən 23 terrorçu saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.
Saxlanılanlardan 20-si Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvüdür. Onlardan 2-nin PKK, 1-nin isə "İŞİD" üzvü olduğu bildirilib.
Saxlanılanlarla bağlı araşdırmalar davam edir.






