Logo

İcra başçısına yeni müavin TƏYİN EDİLDİ

İcra başçısına yeni müavin TƏYİN EDİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Sfera.az xəbər verir ki, o, eyni zamanda müvəqqəti olaraq icra başçısının səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Naim Etibar oğlu Cahidzadə 1989-cu il avqustun 18-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR