“Ermənistan və Azərbaycana sülh müqaviləsi lazımdır, teatr yox” – Azərbaycanlı səfir 

“Ermənistan və Azərbaycana sülh müqaviləsi lazımdır, teatr yox” – Azərbaycanlı səfir 

“Son həftələrdə çox siyasiləşmiş müzakirələr Laçın yolu məsələsini BMT Təhlükəsizlik Şurasına qədər apardı”.

 

Sfera.az bildirir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın “Comment Central” nəşrində dərc olunmuş məqaləsində yazıb.

 

O qeyd edib ki, davam edən proseslər sadə və əsas reallığı kölgədə qoymamalıdır: “Ermənistan və Azərbaycan üçün ən təcili prioritet beynəlxalq hüquqa əsaslanan davamlı sülh sazişi olmalıdır”.

 

Diplomat xatırladıb ki, Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur: “Rusiya, Türkiyə və İran arasında yerləşən Cənubi Qafqazda sülh onun “Brexit”dən sonrakı məqsədlərini təmin etməyə kömək edə bilər”.

 

E.Süleymanovun sözlərinə görə, Azərbaycanın Laçın yolundakı sərhəd-keçid məntəqəsi yaratmaq qərarını tənqid edənlər beynəlxalq hüquqa zidd davranır:

 

“Sovet İttifaqı dağılan kimi Ermənistan etnik cəhətdən qarışıq olan bölgəni, eləcə də ona bitişik bir neçə ərazini - ümumilikdə Azərbaycanın demək olar ki, beşdə birini işğal etdi. Bu proses nəticəsində orada yaşayan yüz minlərlə azərbaycanlı qovuldu. Məqsəd işğal olunmuş torpaqları Ermənistana birləşdirmək idi. Hərçənd, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi onların ərazidən dərhal çıxarılmasını tələb edirdi”.

 

Səfir həmçinin bildirib ki, Azərbaycan otuz ildən sonra, 2020-ci ildə 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa edib: “44 günlük müharibədən sonra Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020-ci ilin noyabrında imzaladığı birgə razılaşmaya əsasən, Rusiyanın məhdud sayda sülhməramlı kontingenti müvəqqəti olaraq Qarabağda yerləşdirilib. Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın suveren hissəsi kimi tanıdığını açıq şəkildə bəyan edib. Sülh müqaviləsi sərhədlərin qarşılıqlı tanınması və delimitasiyası ilə bağlı olacaq. Güclü sərhəd nəzarəti rejiminin yaradılması prosesin əvəzsiz hissəsidir”.

 

E.Süleymanovun fikrincə, digər qonşu ölkələr kimi Ermənistanla da konkret sərhədlər olmalıdır: “Bu o demək deyil ki, sülh asan olacaq. 30 il ayrı yaşadıqdan sonra regionun Azərbaycana yenidən inteqrasiyası səbr tələb edəcək. Azərbaycanlı qaçqınların vətənə qayıtması, mina probleminin həlli xeyli vaxt alacaq. Amma hər iki dövlət dinc, firavan Cənubi Qafqazın qurulmasına diqqət yetirsə, gələcək əməkdaşlıq mühiti formalaşa bilər. Ukraynadakı müharibədən sonra Qərbə bir daha aydın oldu ki, ərazi bütövlüyünün dəstəklənməsi və sovet irsinin etnik mənsubiyyəti silah kimi istifadə etməsindən imtina beynəlxalq ictimaiyyətdə sabitliyin əsasını təşkil edir. Bu prinsiplərə əsaslanan Cənubi Qafqazda heç nə sülh axtarışlarına mane olmamalıdır”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...