“Minalar Azərbaycanda və Ukraynada kənd təsərrüfatına mane olur” - "Forbes"

“Minalar Azərbaycanda və Ukraynada kənd təsərrüfatına mane olur” -

“Azərbaycan erməni separatçıları tərəfindən zəbt edilmiş və otuz il ərzində işğal olunmuş beynəlxalq səviyyədə tanınan ərazilərinin böyük bir hissəsini geri alsa da, bura sovet dövründən qalma minalarla doludur”.

 

Sfera.az bildirir ki, bu, “Forbes”də yayımlanan yazıda bildirilib.

 

Qeyd olunub ki, davam edən minatəmizləmə işləri sayəsində ötən il orada 50 min hektara yaxın dənli bitkilər əkilib. “Yüz minlərlə keçmiş məcburi köçkün öz evlərinə qayıtmağa və dağılmış şəhərləri bərpa etməyə ümid etdiyi üçün Azərbaycan minaların təmizlənməsini əsas prioritet hesab edir. Qarabağ bölgəsi bir vaxtlar kənd təsərrüfatı məhsulları ilə tanınırdı”, - nəşr vurğulayıb.

 

Məqalədə həmçinin, Prezident İlham Əliyevin çıxışları da xatırlanıb. “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində biz indi həmin torpaqların infrastruktur, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı aktiv işlənmə mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən güclüdür” -  bu ilin əvvəlində ölkə başçısı söyləyib. 

 

“Forbes” ərazilərin minalarla çirklənməsini Ukraynadakı vəziyyətlə müqayisə edib:

 

“Burada minalardan 300-ə yaxın azərbaycanlı həlak olub və ya yaralanıb. Bu isə Ukraynadakı vəziyyətlə oxşardır. “Save The Children” adlı QHT-nin məlumatına görə, Ukraynada minalar səbəbindən yaralananların səkkizdə biri uşaqdır”.

 

Qeyd olunub ki, minaların təmizlənməsi üçün ən böyük maneələrdən biri xərcdir: “Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə görə, minanın istehsalının dəyəri nisbətən ucuz olsa da, bir minanın çıxarılması 300-1000 dollar arasında dəyişə bilər. Hətta zəngin təbii qaz ehtiyatlarına görə nisbətən varlı ölkə olan Azərbaycan üçün də bu, böyük problem yaradır. Ukrayna üçün isə vəziyyət daha pis olacaq”.

 

Nəşr vurğulayıb ki, Azərbaycanda minalarla bağlı başqa narazılıqlar da var: “Ermənistan hakimiyyəti ardıcıl olaraq minaların harada yerləşdirildiyini göstərən xəritələri verməkdən imtina edir. Çox vaxt minatəmizləmə üzrə mütəxəssislər konkret olmayan qeydlərlə işləmək məcburiyyətində qalırlar. Bu da onların işlərini yavaşladır. Ukrayna da Rusiya ilə müharibədə qalib gələrsə, çətin ki, Putin mina xəritələrini təqdim etsin.Hər iki ölkədə minalara qarşı mübarizə onilliklər olmasa da, illər çəkəcək. Bəzi analitiklər Ukrayna ərazisinin təxminən 30 faizinin hazırda minalandığını, yeni və innovativ həllər tətbiq edilməsə, bu minaların təmizlənməsinin əsrlər çəkə biləcəyini bildiriblər. Bununla belə bu, hər iki ölkədə qeyri-mümkün mübarizə deyil. Çünki hər iki ölkədə fermerlərin bir gün yenidən əkinlə məşğul ola bilməsini təmin etməyə çalışan fərdlər və təşkilatlar var”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Milad hədiyyəsi: 75 ildən sonra bioloji qardaş və bacısını tapdı

Buffalo, Nyu-York (ABŞ) şəhərindən olan 75 yaşlı Dikson Handshaw bütün həyatı boyu özünü yeganə uşaq hesab edib. Amma bu yay onun həyatı tamamilə dəyişib, çünki...

Çovğun, qar, qasırğa: Balkanlarda qar fırtınası səbəbindən 100 min ev işıqsız qalıb - FOTOLAR

24 dekabr 2024-cü ildə Bosniya və Herseqovinanı qar fırtınası bürüyüb. Teslica kəndinin dağlıq ərazisini örtən bir metr uzunluğunda qar uçqunu vurmaq üçün xüsus...

Avtobusda sprey qutusu ilə pivə şüşəsini açdı: 13 nəfər yaralandı

Almaniyada Volfsburqdan olan 22 yaşlı gənc avtobusda böcək əleyhinə spreydən istifadə edərək bir şüşə pivə açmağa çalışıb. Hadisə faciə ilə nəticələnib. Sfer...

Musiqi iş yerində məhsuldarlığı artırır - Alimlərdən yeni TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu iş zamanı musiqi dinləyərkən insanın fərdi xüsusiyyətlərinin onun məhsuldarlığına necə təsir etdiyini müəyyən edib. Sfera.az x...

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?

Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.   ...

Azərbaycanda ata internet xəttinə görə oğlunu bıçaqladı - TƏFƏRRÜAT

İnternet xəttinə görə mübahisə atanın oğlunu bıçaqlaması ilə nəticələnib.   Sfera.az xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.   ...