Çinli nazir Rusiyaya gedir: Portfelində nələr var?

Çinli nazir Rusiyaya gedir: Portfelində nələr var?

Çin xarici işlər naziri Vanq Yi sentyabrın 18-də Rusiyaya gedəcək. O, həmkarı Sergey Lavrovla görüşəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Zaxarovanın sözlərinə görə, tərəflər Ukrayna böhranını və Asiya-Sakit okean regionundakı vəziyyəti ətraflı müzakirə edəcəklər. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, hazırda İran, Hindistan, Çin, Braziliya kimi dövlətlər mümkün qədər Rusiyanın yanında olmağa çalışırlar:

 

“Çünki başa düşürlər ki, gələcəkdə növbə onların özünə də çata bilər. Bu baxımdan Çin xarici işlər nazirinin Rusiyaya səfəri xüsusi əhəmiyyət daşıyır. Zaxarovanın dediyi kimi, tərəflərin əsas müzakirə mövzusu, yəqin ki, Ukraynadakı müharibə olacaq. Rəsmi Pekin müharibədə Rusiyanın uduzmasını istəmir, mümkün qədər dəstək verir. Baş diplomatların görüşündə Çinin Rusiyaya silah tədarükü məsələsi barədə fikir mübadiləsi aparıla bilər. Rusiyanın silah ehtiyatları getdikcə azalır və hazırda Çin onu silahla təmin edə biləcək nadir dövlətlərdəndir”.

 

Müsahibimizin sözlərinə görə, Çin xarici işlər nazirinin Rusiyaya səfəri indiki halda Kreml üçün müstəsna əhəmiyyət daşıyır:

 

“Rəsmi Moskva dünyadan təcrid olunmadığını və hələ də müttəfiqlərinin olduğunu göstərir.  Çinin xarici işlər nazirinin Rusiyaya səfəri zamanı hansısa razılıqların əldə olunması mümkündür. Amma bu, Ukraynadakı müharibənin gedişatına ciddi təsir etməyəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. ...

Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

2014-cü ildə başlayan General Motors qalmaqalı milyonlarla avtomobilin geri çağırılmasına və ən azı 97 nəfərin ölümünə səbəb olub.   Bəs, bu dəhşətl...