Paşinyan Makron və Şoltsdan sonra İran prezidenti ilə də DANIŞDI
Kateqoriya məlum deyil
Ermənistan baş naziri Nikol Paşinyan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Sfera.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.
Paşinyan İbrahim Rəisidən Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparılması ilə bağlı xahiş edib.
Qeyd edək ki, daha əvvəl Nikol Paşinyan eyni xahişlə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsa müraciət edib.






