Paşinyan Makrondan sonra Almaniya kansleri Şoltsla DANIŞDI
Kateqoriya məlum deyil
Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla Ermənistan-Azərbaycan şərti sərhədi yaxınlığında artan gərginlik məsələsini müzakirə edib.
Sfera.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Şoltsla söhbətində baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağı xahiş edib.
Şolts öz növbəsində regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, Paşinyan bundan əvvəl Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqların aparılmasını xahiş etmişdi.






