Azərbaycan XİN Tacikistanı təbrik etdi
Kateqoriya məlum deyil
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tacikistanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Sfera.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
“Müstəqillik Günü münasibətilə Tacikistan hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik. Milli günün mübarək, Tacikistan!”, - deyə XİN-in təbrikində qeyd olunub.






