Paşinyan Rusiyaya “diş qıcayır”, ABŞ-a qucaq açır - ŞƏRH

Paşinyan Rusiyaya “diş qıcayır”, ABŞ-a qucaq açır - ŞƏRH

“Görünür, ABŞ Ermənistanı yavaş-yavaş Rusiyanı öz ərazisindən çıxarmaq və qoşunlarını oraya yerləşdirmək üçün məşq etdirir”.

 

Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov gözlənilən Ermənistan-ABŞ hərbi təlimləri ilə bağlı danışarkən deyib. Müsahibimiz hesab edir ki, Rusiya heç də oturub gözləməyəcək:

 

“Ermənistanın iki ilə yaxındır, davam edən müharibədə ilk dəfə Ukraynaya humanitar yardım göndərməsi isə ondan xəbər verir ki, bu ölkə artıq tərəf dəyişdirməyə başlayır. Qərbin yanında yer almaq istəyir. Belə davam edəcəyi halda yaxın müddət ərzində Rusiya-Ermənistan münasibətləri ciddi şəkildə gərginləşə bilər. Ola bilsin ki, Rusiya Ermənistanın daxilindəki qüvvələri ilə Paşinyan hökumətinə narahatlıq yaratsın”.

 

Politoloq bildirib ki, ABŞ-nin Paşinyanı hakimiyyətdə saxlamaq istəyi Rusiyanı çətin vəziyyətdə qoyur:

 

“Rusiya buna reaksiyasız qalmayacaq. Nikol bir neçə istiqamətdə Rusiyanı qıcıqlandırmağa çalışır – həm Qarabağ məsələsində mövqe dəyişiklikləri, həm Ukrayna mövzusunda tutduğu mövqe, həm də ABŞ-lə hərbi təlimlər bu məqsədə hesablanıb.  Ermənistanın Rusiyadan yavaş-yavaş uzaqlaşması isə çətin məsələdir. Çünki Rusiya burada uzun illərdir kök salmış dövlətdir, onu birdən-birə Ermənistandan tam təmizləmək qeyri-mümkün görünür”.

 

Qeyd edək ki, Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirəcəyi ilə bağlı məlumatlar yayılıb. Xəbərə görə, təlimlər 11-20 sentyabr tarixlərində Ermənistan ərazisində təşkil olunacaq. Ötən günlərdə isə Ermənistanın ilk dəfə olaraq Ukraynaya humanitar yardım göndərdiyi haqqında informasiyalar tirajlanıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...