“Təklifin reallaşması daha çox İrandan asılıdır” – Deputatdan AÇIQLAMA

“Təklifin reallaşması daha çox İrandan asılıdır” – Deputatdan AÇIQLAMA

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, Tehran İran-Azərbaycan-Türkiyə üçtərəfli formatının yenidən işə salınması ilə bağlı Ankarayla yekdil fikrə malikdir.

 

Nazir deyib ki, bu formatın yenidən işə salınması Zəngəzur dəhlizinin açılması və Şimal-Cənub dəhlizinin inkişafı da daxil olmaqla, regionda nəqliyyat kommunikasiyalarının və bir çox layihələrin bərpasına imkan verəcək.

 

Maraqlıdır, sözügedən format reallaşa bilərmi? Reallaşarsa, bunun region üçün nə kimi müsbət tərəfləri olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Ceyhun Məmmədov üçtərəfli formatın reallaşmasının regiona sülh gətirəcəyini deyib. Parlamentarinin sözlərinə görə, sözügedən format hər üç ölkə üçün faydalı ola bilər:

 

“Təklifin reallaşması daha çox İrandan asılıdır. Əgər İran təklifində səmimi olarsa, təxribatlara, eyni zamanda ikiüzlü siyasətə son qoyarsa, düşünürəm ki, bunun çox ciddi nəticələri ola bilər. Bunun isə region üçün faydası həddindən artıq çoxdur. Əslində biz çox istəyərdik ki, Azərbaycan, Türkiyə və İranın birgə üçtərəfli formatda əməkdaşlığı mövcud olsun və bu əməkdaşlıq güclənsin. Hesab edirəm ki, bu əməkdaşlığın olması, formalaşması bizim bölgəyə yalnız xeyir gətirə bilər və bundan hər üç ölkə yaxşı faydalana bilər.

 

Qeyd etdiyim kimi, burada İran səmimi olmalıdır. İran Azərbaycana qarşı apardığı yanlış siyasətə və eyni zamanda təxribatlara da son qoymalıdır. Bunlara son qoyulduğu halda hesab edirəm ki, biz səmərəli əməkdaşlıq qura və çox yaxşı işlər görə bilərik. İnanıram ki, İran daha səmimi olacaq və real addımlar atacaq, bu da bölgəmizə sülhün gəlməsinə öz töhfəsini verəcək”.

 

Millət vəkili İranın davamlı olaraq Ermənistana yardım göstərməsinin XİN rəsmisinin verdiyi açıqlamaya zidd olduğunu bildirib:

 

“Amma bir tərəfdən belə bəyanat verib, digər tərəfdən təxribatları davam etdirmək qəbuledilməzdir. Yəni İranın Ermənistana dəstəyi, davamlı olaraq bu ölkəyə yardım göndərməsi, Zəngəzur dəhlizi ilə bağlı təxribat xarakterli bəyanatlar verməsi onu göstərir ki, İranın siyasətində hələ ki, ciddi dəyişiklik yoxdur”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Moldovadan Rusiya və Ermənistana QADAĞA - Nazirlik AÇIQLADI

Moldova hakimiyyəti bir sıra ölkələrin, o cümlədən Ermənistan və Rusiya aviaşirkətlərinin ölkəyə uçuşuna qadağa qoya bilər.   Sfera.az xəbər verir ki...

Məşhur müğənni VƏFAT ETDİ - FOTO

Türkiyənin məşhur müğənnisi Ferdi Tayfur dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. O, bir müddətdi...

İsrail Suriyanın tank bazasına zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqdən 20 km cənubda, Sasa şəhəri yaxınlığında yerləşən keçmiş Suriya ordusunun 90-cı tank briqadasının bazasına hü...

Xanımından Azərlə bağlı PAYLAŞIM - FOTO

Komada olan aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva həyat yoldaşı ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, Nigar ötən ilin 23 de...

iOS istifadəçiləri fişinq hücuma daha çox məruz qalırlar - ARAŞDIRMA

2024-cü ilin 3-cü rübündə iOS cihazları Android cihazları ilə müqayisədə fişinq hücumlarına qarşı daha yüksək zəiflik nümayiş etdirib.   Sfera.az xə...

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andriya Mandiçə başsağlığı məktubu ünvanlayıb.   Milli Məclisin Mətbuat və ictima...