“Rusiya sülhməramlıları bölgəni tərk etməyəcək” – Kremldən Paşinyana CAVAB
Kreml Paşinyanın Rusiyanın Qarabağdakı missiyasının uğursuzluğu ilə bağlı ittihamına cavab verib.
Sfera.az bildirir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə danışıb.
“Rusiya Dağlıq Qarabağda sülhməramlı missiya yerinə yetirir və Ermənistanın baş naziri Nikol Paşinyanın ittihamları ilə razılaşmır. Rusiya bu regionun bir hissəsi olaraq qalacaq və oranı tərk edə bilməz. Biz vəziyyətin sabitləşdirilməsində və münaqişənin aradan qaldırılmasında ardıcıl, çox mühüm rol oynamaqda davam edirik. Bu kontekstdə bütün region dövlətlərinin Dağlıq Qarabağ üzrə üçtərəfli sazişlərə sadiqliyi vacibdir”, deyə Peskov əlavə edib.
Eyni zamanda o, Rusiya Federasiyasının Paşinyana dərin hörmət bəslədiyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi zamanı Rusiyanı Qarabağda təhlükəsizliyi təmin etmək missiyasını yerinə yetirmədiyinə görə qınayıb. O həmçinin, Rusiyanın Cənubi Qafqaz regionunu tərk etdiyini də iddia edib. "Bir gün biz oyanıb Rusiyanın artıq burada olmadığını görə bilərik", deyə söyləyib.
Türkan