Logo

Ərdoğan Putinin “Taxıl sazişi”nin yenilənməsi üçün 2 şərtini açıqladı

Ərdoğan Putinin “Taxıl sazişi”nin yenilənməsi üçün 2 şərtini açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara Dəniz Taxıl təşəbbüsünün (“Taxıl sazişi”nin) yenilənməsi üçün Rusiya Prezidenti Vladmir Putinin 2 şərtini açıqlayıb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə lideri Soçi səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.

Şərtlərdən biri Rusiya Kənd Təsərrüfatı Bankının (Rosselxozbank) Türkiyənin “Ziraat Bankı”nın SWIFT sisteminə qoşulmasından ibarətdir.

Türkiyə Prezidentinin sözlərinə görə, Putinin ikinci şərti taxıl nəqlində iştirak edən gəmilərin sığortalanması məsələsinin həllidir.

Ərdoğan onu da əlavə edib ki, Rusiya Prezidenti Putin ilkin mərhələ üçün 6 ölkəyə 1 milyon ton taxıl göndərməyə razılaşıb.(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR