“Əvvəl İranın gözü bizi götürmürdü, amma sonradan…” – Cavanşir Paşazadə

“Əvvəl İranın gözü bizi götürmürdü, amma sonradan…” – Cavanşir Paşazadə

Son zamanlar Rusiya-İran münasibətlərində istiləşmə sezilir. İki dövlət arasında müxtəlif sferalarda əməkdaşlıq qurulur, müqavilələr imzalanaır. Bütün bunların fonunda, İranın Ermənistanla münasibətlərində bir qədər sərinləşmə müşahidə edilir.

 

Maraqlıdır, İranın Rusiya ilə münasibətlərinin sıxlaşdığı zamanda Ermənistanla əlaqələri soyuq fazaya keçə bilərmi? Ümumiyyətlə, bu İranın Azərbaycanla əlaqələrində ciddi dəyişiklik gözlənilirmi?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Cavanşir Paşazadə İranla müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf edəcəyini deyib:

 

"İran Xəzəryanı ölkələr üçün mühüm əhəmiyyət kəsb edən logistikanın qurulmasında, bundan birbaşa istifadədə maraqlıdır. İran həm də yaşıl enerji ilə əlaqədar Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. İran bizə yaxın, qonşu ölkədir, bu baxımdan müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı gözləniləndir və aparılan danışıqlar da buna zəmin yaradır. Xüsusilə Qarabağda yenidənqurma işlərində, müxtəlif layihələrin həyata keçirilməsində İranın iştirakı mühümdür. Artıq Türkmənistan qaz kəməri də bizim bölgədən keçir. Bu da qonşuluq əlaqələrinin möhkəmlənməsinə təkan verəcək”.

 

Deputat Cənubi Qafqazdakı sülhün İran iqtisadiyyatına müsbət təsir edəcəyini qeyd edib:

 

"İranın bundan əvvəlki mövqeyi ilə indiki arasında çox böyük fərqlər var. Düzdür, müəyyən dövr ərzində anlaşılmazlıqlar oldu, Əvvəl İranın gözü bizi götürmürdü, lakin bütün bunlar da tərəfimizdən cavabsız qalmadı. Lakin sonradan İran rəhbərliyinin münasibətindən aydın oldu ki, Cənubi Qafqazda sülhün bərpası artıq Azərbaycandan asılıdır. İran və onun kimi dövlətlər anlamırdı ki, Azərbaycan prezidenti siyasəti ilə elə bir mənzərə yaradacaq ki, dünya Azərbaycan siyasətindən danışacaq. İndi İran başa düşüb ki, Cənubi Qafqazda sülhün təminatı onun da iqtisadiyyatının güclənməsi ilə nəticələnəcək”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

TDT Baş katibi Azərbaycana təbrik ünvanladı

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Yeni il münasibətilə türkdilli dövlətləri, o cümlədən Azərbaycanı təbrik edib.   ...

Sabah bu rayonlarda... - XƏBƏRDARLIQ!

Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologi...

Arzu və Alena Əliyevalar uşaqları ziyarət etdilər - FOTOLAR

Dekabrın 30-da Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi...

Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən çıxdı

Rusiya sərhədçiləri bu gün Ermənistan-İran sərhədindən çıxıb.   Sfera.az bildirir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli məlumat yayıb.   ...

Bakıya gətirilən yaralılar “Yeni Klinika”ya yerləşdirildi

Təyyarə qəzası zamanı xəsarət alan və Qazaxıstanın Aktau şəhərində müalicə olunan daha üç yaralı Bakıya gətirilib. Onlar "Yeni klinika"ya yerləşdirili...

Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı

Bakıda qadınları fahişəliyə cəlb edən gənclər barəsində cinayət işi açılıb.   Sfera.az xəbər verir ki, Şəmkir rayon sakini 1998-ci il təvəllüdlü qadı...