“Onlar son güllələrini də Ukraynaya verəcəklər, Rusiya diz çöksün” - Açıqlama

“Onlar son güllələrini də Ukraynaya verəcəklər, Rusiya diz çöksün” - Açıqlama

Dünya mediasında ABŞ-nin Rusiya ilə ehtimal olunan yaxınlaşması səbəbindən NATO-nun 2025-ci ilə qədər parçalana biləcəyi ilə bağlı iddialar yer alıb. Yayılmış xəbərlərdə  bildirilir ki, dağılmanın katalizatoru Ukraynadakı müharibə olacaq.

 

Maraqlıdır, Ukrayna müharibədən məğlub ayrılarsa, ABŞ-Rusiya yaxınlaşması fonunda NATO parçalana bilərmi? Parçalanarsa,bu təşkilata alternativin yaradılması mümkündür?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bu gün Rusiyaya qarşı dayanan dövlətlərin heç birinin məğlubiyyət haqqında düşünmədiyini deyib. Analitik Ukraynaya yardım edən dövlətlərin hələ uzun müddət bu siyasəti davam etdirəcəklərini vurğulayıb:

 

"Bu gün Rusiya-Ukrayna müharibəsində Ukraynanın məğlubiyyəti və eyni zamanda bunun nəticəsində 2025-ci ilə qədər və ondan sonrakı dövrlərdə NATO-nun parçalanması barədə zəif siqnallar eşidilməkdədir. Amma bu işarələr nə qədər ciddidir və ona inananlar hansı tərəfin siyasətini dəstəkləyən dövlət nümayəndələridir? Bu suala cavab vermək bir qədər çətindir və düşünürəm ki, bu gün Rusiyaya qarşı dayanan NATO və ondan kənarda olan qüvvələrdən heç biri Rusiyaya uduzmaq barədə düşünmür. Çünki bu barədə düşünmək belə, onlar üçün çox dəhşətlidir. Rusiyanın bu müharibədə qalib gəlməsi dünya xəritəsinin yenidən və elə məhz Rusiyanın layihəsinə uyğun çəkilməsidir. Bu, Rusiyanın artıq hegemon bir dövlət kimi meydana çıxması və dünyanın bütün dövlətlərini öz təsiri altına alması deməkdir. Bütün dünyanın Rusiyanın nüfuzu altına düşməsini qəbul etmək mümkündürmü? Təbii ki, deyil. Ona görə də bu gün davam etməkdə olan müharibədə iştirak edən aparıcı qüvvələr Rusiyanın qalib gəlməsi fikrini yaxın buraxmaq istəmirlər və sona qədər də belə olacaq. Onlar son güllələrini də Ukraynaya verməyə hazırdırlar və verəcəklər ki, Ukrayna qalib gəlsin, Rusiya kimi hərbi əjdahanın dizini yerə qoysunlar".

 

Ekspert NATO-nun paraçlanması iddiasının illuziya olduğunu qeyd edib. Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin uzadılması da məqsədli şəkildə baş verir:

 

"Müharibənin hələ uzun müddət davam etməsi perspektivinə gəldikdə isə düşünürəm ki, bu da müharibəni sifariş verən tərəflərin öz istəyidir. Onlar Rusiyanın əlində olan resursların tamamilə məhv edilməsi üçün bu taktikanı həyata keçirirlər. Qısa zamanda çalınan qələbə sonradan onun qısa müddətdə toparlanması ilə də nəticələnə bilər ki, bu da qəbuledilməzdir.

 

NATO-nun parçalanması ilə bağlı uzun müddətdir ki, müzakirələr aparılır. Hətta Varşava Müqaviləsi Təşkilatı dağılandan dərhal sonra bu bloku bölməyə hazır olan qüvvələr fəaliyyətə başlamışdı. Amma sonralar onun hələ uzun müddət lazım olacağı fikrini tarix özü təsdiq etdi. İndi Rusiya-Ukrayna müharibəsi baş verdikdən sonra düşünürəm ki, bloka daxil olan dövlətlərin heç biri öz təhlükəsizliyindən əl çəkməyəcək. Beləliklə, NATO-nun yaxın gələcəkdə parçalana biləcəyi fikri də illuziyadır".

 

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqıdır. Təşkilat 4 aprel 1949-cu ildə qurulub və hazırda 31 üzvü var.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...