Ermənistanın gözlənilən PLANLI TƏXRİBATI - Sərhəddə nə baş verir?

Ermənistanın gözlənilən PLANLI TƏXRİBATI - Sərhəddə nə baş verir?

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə PUA-lardan zərbələr endirilib. Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

 

Sfera.az bildirir ki, baş verənlərlə bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə hərbi təxribatalara getməsi gözlənilən idi:

 

“Onların məqsədi Hindistan və Fransadan artilleriya vasitələrini tədarük etmək, həmçinin İrandan verilən PUA-lar vasitəsilə strateji yüksəklikləri ələ keçirmək və danışıqlarda mövqelərini gücləndirməkdir. Ermənistan bununla Qarabağın statusu mövzusunu növbəti dəfə danışıqlar masasına gətirməyi düşünür”.

 

Politoloq qeyd edib ki, Ermənistan belə hərbi təxribatları davam etdirəcək:

 

“Onlar bu addımları ilə Brüssel və Vaşinqton razılaşmalarındakı müddəalara maraqlı olmadıqlarını ortaya qoydular. Ermənistanla ilin axırına kimi danışıqlarda hər hansı bir müsbət irəliləyiş gözlənilmir. Bu ölkə ilə sülh müqaviləsi isə Azərbaycan Qarabağdan silahlı erməni birləşmələrini tam çıxaradan və Xankəndində nəzarəti bərpa etdikdən sonra mümkün ola bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...