Livandakı səfirliyimizə hücumun PƏRDƏARXASI: “Təxribatların arxasında...”
“Ermənilərin bu cür təxribatlara əl atması təəccüblü deyil”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Azərbaycanın Livandakı səfirliyinə hücumla bağlı danışarkən deyib. Müsahibimiz hazırda həm Ermənistan, həm də Qarabağ erməniləri üçün çətin mərhələnin olduğunu vurğulayıb:
“Onlar Azərbaycanın diplomatik uğuru ilə üz-üzə qalıblar və narahatdırlar. Provokasiya cəhdləri də məhz həmin narahatlığın təzahürüdür. Ermənilər əvvəllər də oxşar təxribatlar törədiblər. İrandakı səfirliyimizə hücumun da pərdəarxası detalları indiyədək məlum deyil. Ermənilər bu cür hərəkətlərlə reinteqrasiya və sülh sazişinə mane olmağa çalışırlar”.
Ekspert bildirib ki, törədilən təxribatların arxasında erməni diasporunun olması istisna deyil:
“Livanda xeyli erməni var. Düşmən bu cür təxribatçı addımlarla nəyəsə nail ola bilməz. Əksinə, provokasiyalar əks effekt verəcək. Rəsmi Bakı məsələnin araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını ciddi şəkildə tələb etməli, beynəlxalq ictimaiyyətə Ermənistanın terror dövləti olduğu bir daha izah olunmalıdır”.
Günay Rəsulqızı