Rusiya sülhməramlılarının Qarabağdakı yeni komandanı Aleksandr Lentsov kimdir? - DOSYE
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni komandan təyin edilib.
Sfera.az xəbər verir ki, general-polkovnik Aleksandr Lentsovu general-mayor Kirill Kulakov əvəzləyib.
Yeni komandan Kazan Suvorov Hərbi Məktəbini, Kazan Ali Tank Komandanlıq Məktəbini, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Birləşmiş Silahlı Qüvvələri Akademiyasını bitirib. Ona general-mayor hərbi rütbəsi 11.06.2016-cı il tarixində verilib.
Kazan Ali Hərbi Komandanlıq Məktəbinin (Hərbi İnstitutun) zirehli silah və texnikanın istismarı, silah və atıcılıq kafedralarına rəhbərlik edib.
O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusu Akademiyasının filialının rəis müavini vəzifəsində çalışıb. 2014-cü ildə yenidən hərbi xidmətə başlayıb. Tank və motoatıcı briqadalara komandirlik edib. 2017-ci ildə Kazan Ali Tank Komandanlığı Məktəbinin rəisi təyin edilib.
Qeyd edək ki, bundan əvvəlki komandan Lentsov dörd ay idi ki, sülhməramlı kontingentə komandir təyin edilmişdi.
Əzizə