“Arayik Arutunyan Azərbaycanın tələbi ilə istefa verib\" - Açıqlama

“Arayik Arutunyan Azərbaycanın tələbi ilə istefa verib\

“Araik Arutunyanın istefası Qarabağdakı xaosun qarşısını ala bilməyəcək”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.  O qeyd edib ki, Araikin “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq:

 

“Həmin şəxs ya Arutunyanın təxribatçı siyasətini davam etdirəcək, ya da Bakı ilə dialoqa razılaşacaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin edəcək. Bu iki seçim də separatçıların yeni “lideri”ni xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu, bizim üçün faydalıdır. Eyni zamanda, biz separatçıların işğal altındakı bölgədə “prezident seçkisi” keçirməsinə imkan verməməliyik”.

 

Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Arayik Arutunyan Azərbaycanın tələbi ilə “istefa” verib:

 

“Araik reinteqrasiya siyasətinə mane olaraq birbaşa Kremlin göstərişlərini yerinə yetirirdi. Növbəti mərhələdə Ruben Vardanyan da Qarabağı tərk edəcək. Azərbaycan reinteqrasiya siyasətini davam etdirəcək. Erməni icması ilə Azərbaycan arasında birbaşa üçüncü tərəfin iştirakı olmadan dialoqun qurulması mümkündür”.

 

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı terrorçu-separatçıların başçısı Araik Arutunyan istefa verib. O, bu barədə sosial şəbəkə səhifəsində yazıb. O, 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...