Azərbaycan səfirliyinə edilən hücumun GÖRÜNTÜLƏRİ - VİDEO
Kateqoriya məlum deyil
Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.
Sfera.az xəbər verir ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.
Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.
Görüntüləri təqdim edirik:(BAKU.WS)






