İsmayıllıda rayon sakinləri dinlənildi - FOTO
Kateqoriya məlum deyil
İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinləri qəbul edilib.
Sfera.az bildirir ki, qurumdan verilən məlumata görə, görüşdə müraciətlər dinlənilib.
“Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırıldı və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğu bildirildi”, deyə vurğulanıb.




































