Logo

“Azərbaycanın da, Ermənistanın da mövqeyi nəzərə alınmalıdır” – Kremldən Makron AÇIQLAMASI

“Azərbaycanın da, Ermənistanın da mövqeyi nəzərə alınmalıdır” – Kremldən Makron AÇIQLAMASI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Moskva Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmaq səylərinə zidd olmayan və ya münasibətlərə xələl gətirməyən istənilən təşəbbüsü alqışlayır”.

Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makronun bəyanatını şərh edərkən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Fransanın bu istiqamətdəki fəaliyyəti hamıya məlumdur. Bu cür vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin - həm Azərbaycanın, həm də Ermənistanın mövqeyini nəzərə almaq lazımdır. Bunsuz artıq kifayət qədər qızışan vəziyyətdə hər hansı irəliləyiş əldə edəcəyinə ümid etməyə dəyməz", - XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Ermənistan və Azərbaycan liderləri ilə danışıqlar aparacağını və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni diplomatik təşəbbüslə çıxış edəcəyini bildirib.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR