Amerikalı diplomatdan QALMAQALLI AÇIQLAMALAR: “Əmri Putin verib!”
“Priqojinlə bağlı əmri Putinin verdiyi dəqiqdir. Başqa bir ehtimalı düşünmək olmur”.
Sfera.az bildirir ki, bunu ABŞ-nin Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri “CNN Türk”ə açıqlamasında deyib. O, Vaşinqtonun hələ də təfərrüatları araşdırdığını vurğulayıb:
“Hələ ki, bir nəticə yoxdur. Amma hər kəs təxmin edir ki, bu, Putinin Rusiyada hələ də populyar olan “Vaqner” hərəkatını dayandırmaq üçün verdiyi qərardır”.
Amerikalı diplomat Putinin bundan sonra da “Vaqner” muzdlu qrupundan istifadə edəcəyini söyləyib:
“Rusiya lideri Afrikadakı nüfuzunu saxlamaq üçün Priqojinsiz “Vaqner” qrupundan istifadə etməyə davam edəcək. Çünki “Vaqner” bütün Afrikada böyük uğur qazanmışdı. Putin “Vaqner”i hərbi və diplomatik qüdrətini gücləndirmək üçün istifadə etdiyi, istədiyi zaman rədd edə biləcəyi “balaca yaşıl adamlar” kimi görür”.
C.Cefri həmçinin, Ukrayanaya verilməsi planlaşdırılan “F-16”larla bağlı məsələyə də münasibət bildirib:
“ABŞ Ukraynaya lazım olan bütün silahları verməkdə tərəddüd edir. F-16-larla bağlı qərar verilib, lakin ukraynalılar onlardan istifadə etməyi öyrənməlidir və bunun üçün vaxt lazımdır. Məncə, Vaşinqtonun tam anlamadığı mühüm şey budur: Ukraynaya müasir silahların verilməsinin simvolik və siyasi mənası var. Yəni Putinə “Biz Ukraynaya dəstəyi dayandırmayacağıq, Rusiyanın qələbəsinə icazə verməyəcəyik”, mesajı verilir. Lakin Vaşinqtonun müəyyən silah sistemlərinin Ukraynaya çatdırılmasını müntəzəm olaraq gecikdirməsi çaşqınlıq yaradır. Putin hazırda mümkün olan ən aqressiv mövqedədir. Ona görə də yeni silahların göndərilməsi Putini təhrik etməyəcək”.
Günay Rəsulqızı