Arutyunyanın Xankəndidə oturduğu bina atəşə tutuldu - VİDEO
Kateqoriya məlum deyil
Xankəndidə naməlum şəxslər Qarabağdakı erməni quldurların başçısı Araik Arutyunyanın oturduğu binaya girərək atəş açıblar.
Sfera.az xəbər verir ki, bunu əks etdirən görüntülər erməni teleqram kanallarında yayılıb.
Hadisə avqustun 28-i saat 03 radələrində baş verib. Sərxoş vəziyyətdə olan iki nəfər – A. V. (1983-cü il təvəllüdlü) və A. A. (1981-ci il təvəllüdlü) binaya və yaxınlıqdakı şəxslərə avtomat silahdan atəş açıblar.
Atışma zamanı Arutyunyanın binada olub-olmadığı məlum deyil.






