Ərdoğan Putin görüşü – Sentyabrın 4-də masada hansı mövzular olacaq?

Ərdoğan Putin görüşü – Sentyabrın 4-də masada hansı mövzular olacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüş tarixi bəlli olub. Liderlər sentyabrın 4-də Soçi şəhərində bir araya gələcəklər.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Ərdoğanın Rusiyaya gözlənilən səfərinin əslində süpriz olduğunu deyib:

 

“Putinin Türkiyəyə səfər etməsi gözlənilirdi. Bir anda onun fikrini dəyişməsi burada başqa proseslərin olduğunu göstərir. Hər halda görüşün mövzuları bəllidir: Taxıl sazişi, Ukrayna məsələsi, eyni zamanda Cənubi Qafqaz, xüsusilə Qarabağ, Ermənistan-Azərbaycan məsələsi. Həmçinin iki liderin müzakirə edəcəyi mövzular arasında Suriya, Liviya da yer alacaq. Məlum vəziyyət bunu tələb edir”.

 

Müsahibimiz müzakirə ediləcək mövzular sırasına Rusiya qazının Türkiyə üzərindən çatdırılması məsələsini də əlavə edib:

 

“Bu görüşdə hər şeyin rahat həll olunacağını düşünmürəm. Putin də zaman-zaman Ərdoğanla bəzi məsələlərdə çətin razılığa gələ bildiyini etiraf edib. Lakin ortaq yola gəlinən məsələlər də öz həllini tapıb. Nəticənin nə olacağı bəlli olmasa da, taxıl sazişinə qayıtmağın mümkün olduğunu demək olar. Çünki bu, Türkiyə üçün önəmli mövzulardan biridir. Bu problem Türkiyənin əli ilə həll olunacaqsa, artıq Afrika dövlətlərinin bu ölkəyə inamı daha da artacaq, bu da onun nüfuzunu qaldıracaq. Hesab edirəm ki, liderlərin görüşündə Cənubi Qafqaz məsələsi xüsusi müzakirə mövzusu olacaq. Burada Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, sülh müqaviləsi ətrafında müzakirələrin aparılması gözləniləndir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşd...

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Müğənni Elçin Göyçaylı həbs olunub.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.   ...

Prezident onlara müraciət ünvanladı

Bakıda Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə görüşü keçirilir.   Sfera.az xəbə...

Ukrayna müharibəsində yeni mərhələ: Avropa nə istəyir?

Almaniya Kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmer birgə mətbuat konfransında bildiriblər ki, Ukrayna yaxın həftələrdə və aylarda Brit...