“Taxıl sövdələşməsinə qayıtmağa hazırıq, ancaq...” – Putin şərtini AÇIQLADI
“Biz taxıl sövdələşməsinə qayıtmağa hazırıq, ancaq Rusiya qarşısında götürülən öhdəliklər yerinə yetirilməlidir”.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS sammitində bildirib.
“18 iyul tarixindən etibarən biz bu müqaviləni uzatmaqdan imtina etdik, amma müqaviləyə geri qayıtmağa hazırıq. Rusiya qarşısında götürülən öhdəliklər faktiki olaraq yerinə yetirildiyi halda sazişə geri qayıdacağıq”,- o vurğulayıb.
Putin bəzi ölkələrin Rusiyanın taxıl və gübrə ixracına qəsdən mane olduqlarına, eyni zamanda dünya bazarında yaranmış böhran vəziyyətində ikiüzlülüklə Rusiyanı günahlandırdıqlarına diqqət çəkib.
“İl ərzində Ukrayna ilə müqavilə çərçivəsində 32,8 milyon ton yük ixrac edilib ki, bunun da 70%-dən çoxu yüksək və orta gəlirli ölkələrə, o cümlədən, Avropa İttifaqı və təxminən 3 faizi az inkişaf etmiş ölkələrin payına düşüb. Avropa limanlarında bloklanan gübrələri pulsuz ötürməyə belə icazə vermədilər. Baxmayaraq ki, bu, sırf humanitar aksiya idi, prinsipcə, sanksiyaya məruz qalmamalı idi”, - Kreml rəhbəri onlayn çıxışında bildirib.
Əzizə