“Putinin kölgəsi görünür...” – Priqojini kim öldürüb?

“Putinin kölgəsi görünür...” – Priqojini kim öldürüb?

Xəbər verdiyimiz kimi, Rusiyada “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi vasitəsindən açılan atəşlə vurulub. Təyyarədəki rəhbər şəxslər, o cümlədən “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin həlak olub.

 

Maraqlıdır, Priqojinin ölümündə kimlərin əli ola bilər? “Vaqner” rəhbərinin öldürülməsi gələcək üçün nə vəd edir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Priqojinin təsadüf nəticəsində yox, qəsdən öldürülməsi iddialarının daha gerçək olduğunu və bunun  Rusiya rəhbərliyi tərəfindən reallaşdırıldığını deyib:

 

“Priqojin və onun komanda üzvlərinin təyyarədə öldürülməsinin arxasında Rusiya Prezidenti Vladimir Putinin kölgəsi dayanır. Bu, çox mürəkkəb siyasi qərardır və ölkə başçısından başqa bu qərarı verə biləcək hərbi-siyasi fiqur mövcud deyil. Məlumata görə, təyyarə yerə düşməmişdən əvvəl iki dəfə partlayış olub – deməli, təyyarə vurulub. Həmin təyyarəni vuran raket-zenit komplekslərinin yerinin müəyyənləşməsi birbaşa dövlətin işidir. Priqojinin ölmədiyi, gizləndiyi ilə bağlı iddialar da var, amma düşünürəm ki, bu iddialar əsassızdır. Çünki Putin xəyanəti bağışlamır. Təcrübədə xaricə qaçan KQB generallarının öldürülməsi faktları da var. Qərbin və ABŞ-nin Priqojini aradan götürməsi ilə bağlı iddialar isə tutarsız görünür”.

 

Politoloqun qənatincə, Putin “Vaqner” qruplaşmasını ələ almağa çalışaşacaq, lakin bunun əksi də mümkündür:

 

“Təyyaradə ölənlər “Vaqner” qruplaşmasının rəhbər şəxslərdir. Bu artıq o deməkdir ki, bütün dünyada bu qruplaşmanı quran əsas şəxslər artıq yoxdur. Bu, Kremlə nə üçün lazım idi? İndi Afrikada Kremlin maraqlarını müdafiə edən “Vaqner” rəhbərliyinin öldürülməsi siyasi elitaya xəyanətlə bağlı göz dağı vermək məqsədi daşıyır. “Vaqner”in Afrikada fəaliyyətini davam etdirməsinə gəlincə, Kreml çalışacaq ki, qruplaşmanın muzdla çalışan döyüşçülərini başqa şəxslər tərəfindən idarəetməyə alsın və rəhbərliyi özü formalaşdırsın. İdarə olunmayan bir qruplaşma Rusiyaya sərf etmirdi. “Vaqner” üzvlərinin bundan sonra edə biləcəkləri ilə bağlı hədələrinin nə dərəcədə, hansı şəkildə reallaşacağını isə zaman göstərəcək. Əgər bu üzvlər rəhbərliyə sadiq olacaqsa, Kremlin idarəetməni ələ keçirməsi asan olmayacaq”.

 

Ekspert son terror hadisəsinin Rusiya prezidentinin həyatı üçün risk yarada biləcəyini qeyd edib:

 

“Siyasi elitada bu cür qətllərin baş verməsi tendensiyası artdığı üçün artıq hər bir kəs üçün təhlükəli vəziyyət yaranıb. Daha Rusiya hərbi və siyasi hərbi elitasında kiməsə sərf etməyən fiquru terror vasitəsilə aradan götürmək tendensiyası  başlaya bilər. Bu, siyasi elita üzvləri ilə bərabər, dövlət başçısına da problem yaradacaq. Siyasi elitadakı insanlar bir-birilə sui-qəsd, terror dilində danışsa, bu, Rusiya üçün xoş gələcək vəd etməyəcək”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Göydəniz Qəhrəmanov: “2024-cü ilin müsbət nəticələrinin təməlində İlham Əliyevin uğurlu siyasəti dayanır”

  “Artıq neçə müddətdir ki, məlum qlobal hadisələrin, o cümlədən iqlim dəyişikliyi, hərbi münaqişələr və digər reqressiv proseslərin məntiqi nətic...

“Copernicus” 2024-cü ili tarixdə ən isti il adlandırdı

2024-cü il 1850-ci ildən bəri müşahidə tarixində ən isti il olub.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Yerin Məsafədən Zondla...

Los-Ancelesdə mülkləri olan məşhurlar - SİYAHI

ABŞ-nin Kaliforniya ştatında son illərin ən böyük yanğın hadisəsi baş verir. Los-Ancelesdə güclü küləyin təsiri ilə yayılan meşə yanğını nəticəsində həyatını it...

Surqut aeroportunda 10-dan çox reys gecikdi

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın ən böyük hava limanı olan Surqut aeroportunda güclü qar yağması səbəbindən gediş və gəliş reysləri gecikib. ...

Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    &n...

Ağstafada restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Ağstafada restoranın fəaliyyətini dayandırılıb.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, Dö...