Logo

Ukrayna Rusiya ordusunun "şah damarı"nı kəsir - Moskvaya ard-arda AĞIR ZƏRBƏ

Ukrayna Rusiya ordusunun "şah damarı"nı kəsir - Moskvaya ard-arda AĞIR ZƏRBƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər Ukraynanın diversiya qrupları Rusiya ərazisində yerləşən hərbi aerodromlara hücumlarını artırıb.

Sfera.az xəbər verir ki, belə hücumlar nəticəsində Rusiyanın 5 döyüş təyyarəsi, o cümlədən strateji bombardmançı “Tu-22 M3” təyyarəsi məhv edilib.

Ukrayna mediası yazır ki, bu cür hücumlar Baş Kəşfiyyat İdarəsi tərəfindən koordinasiya olunur. Son günlərdə gizli qruplar Rusiyanın iki aerodromuna hücum təşkil edə bilib.

Avqustun 19-da, səhər saatlarında Ukrayna hərbi kəşfiyyatının köməkliyi ilə Rusiyanın Novqorod vilayətinin Solçax şəhərindəki hərbi aerodroma pilotsuz təyyarələrlə hücum həyata keçirilib. Hücum nəticəsində bir ədəd “Tu-22 M3” bombardmançısı məhv edilib, daha iki təyyarə zədələnib.

Avqustun 21-i səhər saatlarında isə Rusiyanın Kaluqa vilayətində Şaykovka aerodromunda daha iki rus bombardmançı təyyarəsi pilotsuz təyyarənin hücumu nəticəsində zədələnib.

Son hücumlar zamanı “Tu-22 M3”lərə zərər vurulması daha önəmlidir. Bu təyyarələr uzun məsafəyə uça bilir, eyni zamanda daha uzaq məsafədəki hədəfi vuran qanadlı raketlər ata bilir. Ukraynanın kəşfiyyat bölməsi bildirir ki, Rusiya artıq “Tu-22 M3” kimi strateji bombardmançı istehsal etmir. Buna görə də bu cür təyyarələrin sıradan çıxarılması Rusiyanın hava hücumlarının zəiflədilməsi baxımından əhəmiyyətlidir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR