“Macarıstanla Azərbaycanı tarixi köklər bağlayır” - VİDEO

“Macarıstanla Azərbaycanı tarixi köklər bağlayır” - VİDEO

Bakı Budapeştlə əlaqələrini gücləndirir. Ötən gün ölkə başçısı İlham Əliyevin Macarıstana səfəri bu əlaqələrin daha da genişlənəcəyini bir daha sübut etdi.

 

“Macarıstan Azərbaycanı tanıyan ilk dövlətlərdən biridir. 1991-ci ildə Macarıstan Azərbaycanı tanıdı. Macarıstanla Azərbaycan tarixi əlaqələrə malikdirlər. Eyni kökdən qaynaqlanan millətlərin yarandığı dövlətlərdir. Bizim iqtisadi və siyasi əlaqələrimizin kökü dərindir.” -Bu fikirləri Azərbaycan Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

 

Millət vəkili qeyd edib ki, Macarıstanla Azərbaycan arasında 50-dən çox dövlətlərarası sənəd imzalanıb.

 

“Macarısatn həmdə Türk Dövlətləri Təşkilatının üzvüdür. Həmdə bu təşkilatın Avropadakı ofisi Macarıstanda yerləşir. Bizim əlaqələrimizin daha da güclənməsi üçün işlər görülür. “-deyə Cavanşir Feyziyev bildirib.

 

Daha ətraflı videomatrealda:

 


OXŞAR XƏBƏRLƏR