Ukraynadan F-16-larla bağlı MÜHÜM AÇIQLAMA

“Ukrayna bu il ABŞ-nin F-16 qırıcılarını əldə etməyəcək”.
Sfera.az bildirir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının müşaviri Yuri İqnat deyib.
O, bununla bağlı yerli kanalların birgə yayımladığı telemarafonda bildirib.
“Təəssüf ki, bizim artıq payız və qış boyu F-16 təyyarələri ilə Ukraynanı qoruya bilməyəcəyimiz bəllidir. Bu təyyarəyə böyük ümidlər var idi ki, o, həqiqətən də hava hücumundan müdafiə sisteminin bir hissəsi ola və Rusiyanın raket və dron hücumlarından müdafiə olunmağa kömək edə bilər”,- İqnat söyləyib.
Qeyd edilib ki, ABŞ prezidenti Co Bayden may ayında F-16-larda ukraynalı pilotlar üçün təlim proqramlarını təsdiqləsə də, hələlik döyüş təyyarələrinin tədarükü üçün vaxt verilməyib.
Xatırladaq ki, daha öncə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba F-16 qırıcılarının 2024-cü ilin birinci rübünün sonunadək Ukraynada ola biləcəyini demişdi.
Türkan