Azərbaycanda bu siyasi partiya LƏĞV OLUNDU

Siyasət
10:30 / 17.08.2023
7518
Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunub.
Sfera.az xəbər verir ki, xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib.
Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.
Qeyd edək ki, Vahid Azərbaycan Milli Birlik Partiyasının ilk və son sədri Hacıbaba Əzimov olub.