Logo

Avqustun 16-sı Ermənistan silahlı qüvvələri... - Müdafiə Nazirliyindən SON DƏQİQƏ MƏLUMATI

Avqustun 16-sı Ermənistan silahlı qüvvələri... - Müdafiə Nazirliyindən SON DƏQİQƏ MƏLUMATI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR