Şoyqu Qərbi İTTİHAM ETDİ: "Münaqişələri qızışdırmaqda..."

"Qərb Yaxın Şərqdə münaqişələri qızışdırmaqda davam edəcək".
Sfera.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransında bəyan edib.
"Burada çoxlu potensial qaynar nöqtələr var",- nazir qeyd edib.
Onun sözlərinə görə, hadisələrin neqativ inkişafına hazırlaşmaq, o cümlədən hərbi özünütəminat sahəsində tədbirlər görmək lazımdır. Şoyqu qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi həm ənənəvi tərəfdaşlarla, həm də çoxqütblü dünyada müstəqil güc mərkəzlərinin formalaşmasının tərəfdarı olan hər kəslə hərtərəfli əməkdaşlıq qurmaq niyyətindədir.
Şoyqu bildirib ki, ümumilikdə Yaxın Şərqdə vəziyyətin inkişafı müsbətdir. Suriyanın Ərəb Dövlətləri Liqasına qaytarılması bütün region üçün güclü sabitləşdirici amilə çevrilib və bu qərarın nəticələri strateji xarakter daşıyır.
Əzizə