Logo

BQXK Qarabağın erməni sakinlərini “Laçın” SBM-dən növbəti dəfə Gorus istiqamətinə apardı - VİDEO

BQXK Qarabağın erməni sakinlərini “Laçın” SBM-dən növbəti dəfə Gorus istiqamətinə apardı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.

Sfera.az apa-ya istinadən xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər.

Belə ki, Xankəndi-Gorus istiqamətində ümumilikdə BQXK-ya məxsus doqquz nəqliyyat vasitəsi, 30 nəfər şəxsin (onlardan üç nəfəri BQXK-nın üzvü, doqquz sürücü, 10 xəstə, yeddi müşayiətçi, bir tibb işçisi) “Laçın” SBM-dən keçidi təmin olunub.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR